​S-300-lər Qərbin "qollarını qıracaq" - Suriyalı ekspert

Baxış sayı:
5755

Rusiyanın Suriyaya verəcəyi S-300 sistemləri Qərbin Dəməşqə yönəlik təcavüzkar siyasətinin qarşısını alacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı hərbi ekspert Əli Maqsud deyib.
“S-300-lər İsrail və Qərbin Suriyaya uzanan “qollarını qıracaq”. S-300-lərlə Suriya ordusu güclü dəstək alacaq”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Rusiyanın yaxın zamanda Suriyaya S-300 zenit-raket kompleksləri göndərəcəyi açıqlanmışdı. Qərb birliyi Moskvanın bu qərarına qarşı çıxır.