​Ərzaq qiyməti ilə bağlı proqnoz

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada əsas kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı məlumat yayıb.
Muxalifet.az-ın məlumatına görə, məlumatda bildirilir ki, FAO-nun ərzaq qiymətlərinin indeksi aprel ayında aşağı düşməyə davam edərək 171 bənd təşkil edib. Bu da mart ayının göstəricisi ilə müqayisədə 1,2 faiz və 2010-cü ilin iyunundan azalaraq 2014-cü ilin aprel ayında ən aşağı səviyyəyə çatan qiymətlər indeksi səviyyəsindən 19,2 faiz azdır.
Proqnoza görə, kənd təsərrüfatı mövsümünün qalan hissəsi ərzində normal hava şəraiti saxlanılsa, 2015-ci ildə dünyada taxıl istehsalı təqribən 2 509 milyon ton təşkil edəcək ki, bu da son beş ilin orta göstəricilərindən təqribən beş faiz çoxdur.
Bu ildə dünyada mal əti istehsalı yalnız 0,2 faiz, ümumi ət istehsalı 1,3 faiz artacaq. Dünyanın ərzaq rasioununda balığa tələbat getdikcə daha çox artır və bu da akvaməhsullar sektorunu sürətlə genişləndirir. Gözlənildiyinə görə, bu il balıq istehsalı beş faiz artacaq.
Ekspertlərin fikrincə, ehtiyatlar bolluğunun və güclü ABŞ dollarının təzyiqi ilə dünyada ərzağın qiymətləri bundan sonra da ucuzlaşmağa davam edəcək.