Rəzalət! ABŞ terrorçuları təltiv etdi

Baxış sayı:
6754

Türkiyənin İraqın şimalında PKK-ya yönəlik təmizlik fəaliyyətləri davam edərkən, ABŞ ordusu (Pentaqon) terrorçuları təltiv edərək hərbi rütbə və nişan paylayır.
 
Suriyanın şimal-şərqindəki Hasəkə-Rimeylanda olan ABŞ bazasında PKK komandirləriylə bir araya gələn Amerikalı hərbçilər, təşkilat rəhbərlərinə ‘üstün xidmət medalı' verib.
 
BÜTÜN ZAMANLARIN ƏN YAXŞISI
 
PKK-ləlara rütbə paylayan Pentaqon səlahiyyətliləri, sözdə Qazilər Gününün qeyd edilməsi çərçivəsində təşkil edilən yığıncaqda, terrorçubaşlara müxtəlif mükafatlar verilib. Pentaqonun nümayəndəsi mayor Abrahamın PKK-lı Mustafa Balıya verdiyi “üstün xidmət medalı”nın sənədində, ‘bütün zamanların ən yaxşı müttəfiqi' ibarəsi diqqət çəkib.
 
60 MİN TERRORÇU ÖYRƏTDİLƏR
 
1991-ci ildəki İraqın işğalı müddətində ölkənin şimalındakı 36-cı Paralel boyunca PKK-ya qoruma təmin edən ABŞ, Suriya vətəndaş müharibəsisi əsnasında da Kandil mərkəzli təşkilata terror düşərgələri qurdurdu. ABŞ 2015-dən sonraı sözdə ‘avtonom bölgə' layihəsinin də himayəçiliyini boynuna götürüb.
Rakkanın Yerli Məclisinin keçmiş sədri Fayez Əsmər ABŞ və müttəfiqlərinin Suriyanın işğal bölgələrində 35 terror təlim düşərgəsi qurduğunu və 60 min terrorçu öyrətdiyini söyləyib. Terror bölgəsinə silah və sursat dəstəyinin davam etdiyinə vurğu edən polkovnik Əsmər, ABŞ-PKK əlaqəsinin İraq və Suriya ilə məhdudlaşmayacağını, ABŞ-ın PKK-ni bölgənin yenidən şəkillənməsində sonuna qədər istifadə edəcəyini qeyd edib.
Əsmər PKK ilə girilən ittifaq əlaqəsinin də qanuni olmadığına diqqət çəkib.
Müxalifət.az