​Rza Zərrabın və qohumlarının əmlakı müsadirə ediləcək – MƏHKƏMƏ QƏRAR VERDİ

Baxış sayı:
2915

Amerikada həbs edilən iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulub.
Türkiyə KİV-ləri bildirir ki, bu barədə İstanbul məhkəməsi qərar çıxarıb. Qərara əsasən, iş adamı və yaxınlarının əmlakı əllərindən alınacaq.
CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.
Xatırladaq ki, Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur(virtualaz.org).