​Rza Zərrabın “Cabbar Rza” adlanmasına - ETİRAZ

Baxış sayı:
3400

İrana qarşı embarqonu yarmaqda ittiham olunan “Xalqbank”ın keçmiş müdiri Hakan Atillanın məhkəmə prosesində çıxış edən vəkili prosesin hökmsüz elan edilməsini istəyib.
Axar.az xəbər verir ki, vəkil 17 dekabr əməliyyatlarının koordinatoru olduğunu söyləyən Hüseyn Qorxmazın şahidliyinin və bəyanatlarının “əsassız ittiham, yanlış və həddən artıq” olduğunu bildirib.
Məlumata görə, müdafiə tərəfi Qorxmazın ifadəsinin Türkiyədən oğurlanan polis sənədlərinə əsaslandığını qeyd edərək, şahidin ifadəsi zamanı verdiyi informasiyaları hardan və necə eldə etməsini daha ətraflı şəkildə izah etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Hüseyn Qorxmaz bir gün əvvəl verdiyi ifadə zamanı Rza Zərrabla “Xalqbank”ın keçmiş baş direktoru Süleyman Aslanın söhbətindən bəhs edərək, Aslanın Zərraba “Cabbar Rza” dediyini bildirmişdi.