Rza Zərrab yenə Nyu-Yorkda göründü

Baxış sayı:
2635

ABŞ-dakı lüks bir restoranında ortaya çıxan Rza Zərrab, indi də Nyu-Yorkda şəhərin ən lüks otelində görünüb.
 
ABŞ-a giriş edərkən İran sanksiyalarını dəlmə ittihamı ilə 2016-da həbs olunan Rza Zərrabın məhkəmədə "etiraf edən” şəxs olduqdan sonra Nyu-Yorkda lüks içində yaşadığı ortaya çıxıb. Zərrab bu dəfə də keçən həftə göründüyü məşhur restoran Nobunun qarşısındakı Four Seasons Downtown Otelində ortaya çıxıb.
Başqa bir adla otaq sifariş etdirən Zərrab, qapıda gözləyən Vaşinqton nömrəli Cadillac Escalade markalı maşının sürücüsü ilə birgə avtomobilin yanında görünüb. Onu lentə alan müxbiri fərq edən Zərrab, sürətlə qaçaraq otelə girib. Zarrabı müşayiət edən FTB casusu və ya xüsusi bir qorumanın olmaması diqqət çəkib.
 Əvvəl avtomobili dayanacağa aparan sürücü, 2 saat sonra avtomobili yenidən qapıya gətirərək əşyaları baqaja qoyandan sonra ayrılıb. Qapıdakı xidmətçilərdən biri  avtomobilin səfərinin böyük ehtimalla Hamptonsa (2 saatlıq məsafədə olan Nyu-Yorklu zənginlərin yazlıq səmti)" olduğunu deyib.
Müxalifət.az