Rza Zərrab işində TƏCİLİ DƏYİŞİKLİK – Zərraba hökm oxunmayacaq - YENİLƏNDİ

ABŞ-da mühakimə olunan Rza Zərrab “işi” “Hakan Atilla işi” olaraq dəyişib. Mühakimədə 82 hakim namizədddən 12-si seçilərək ilk məhkəmə prosesinin bu gün (TSİ) 17.15-də başlayacağı elan edilib.
 
ABŞ-da mühakimə olunan “Rza Zərrab işi” “Hakan Atilla işi” olaraq dəyişib. Hakimlərin seçkisinin keçirildiyi dünənki iclasda müttəhim keçmiş “Xalqbank”ın baş direktorunun müavini Məhmət Hakan Atilla və vəkilləri də iştirak edib. Rza Zərrab iclasda iştirak etməyib. Hakim Riçard Berman, 82 hakimlər namizədləriinə xitabən çıxışında məhkəmə işi ilə bağlı məlumat verərkən bunları deyib: "Sizin hakimlik edəcəyiniz işdə təkcə Məhməd Hakan Atilla mühakimə olunacaqdır". Berman, hakimlər namizədlərinə xitabən çıxışında "Sizlər məhkəmədə təqdim olunan dəlillərə nəzər salaraq nəyin həqiqət olduğuna qərar verəcəksiniz, biz isə qanunlara baxacağıq. Bunu etməyəcək olan varsa, indidən desin" deyə, çağırış edib.
Hakim Bermanın bu açıqlaması ABŞ bank sistemini aldatmaq, qara pul yumaq, İran embarqosunu dəlməklə ittiham olunan Rza Zərrabın prokurorluqla əməkdaşlıq etdiyi və razılığa gəldiyi iddialarını gücləndirib.
Müxalifət.az

***

Hakim: Zərraba hökm oxunmayacaq
 
ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub.
Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib.
Muxalifət.az xəbər verir ki, bununla da proses bir anda Atillaya qarşı yönəlib.
Hakim məhkəmədə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilən R.Zərrabın deyil, tək təqsirləndirilən şəxs olaraq “Halkbank”ın baş direktor müavini Hakan Atillanın mühakimə olunacağını vurğulayıb.
R.Bermanın bu addımı hər kəsi təəccübləndirib.