Rza Zərrab haradadır? - ÇAVUŞOĞLUDAN YENİ AÇIQLAMA

Rza Zərrabın harada olmasını bilmirik.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Zərrabın ev həbsində, yoxsa həbsxanada və ya başqa bir yerdə olub-olmadığından xəbərimiz yoxdur. Bizə bu barədə məlumat verməyiblər", - Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, ötən gün Çavuşoğlu açıqlamasında məsələ ilə bağlı ABŞ-a 2 nota ünvanladıqlarını, yalnız Zərrabın durumunun yaxşı olması barədə məlumat aldıqlarını vurğulayıb.