Rza Zərrab “Beşikdaş”da milyonluq loja aldı

Rza Zərrab Beşiktaş Futbol Klubunun yeni tikdirdiyi “Vodafone Arena”da özünə loja alıb.

Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Mətbuatın məlumatına görə, Zərrab stadiondakı 50 nömrəli lojanı alıb. 12 nəfərlik olan loja iş adamına 1,2 milyon lirəyə başa gəlib.

Qeyd edək ki, Rza Zərrab əslən Təbriz şəhərindəndir.