Rza Zərrab aylar sonra belə göründü – NYU-YORKDA

Baxış sayı:
5083

Nyu-Yorkun Soho bölgəsindəki məşhur suşi restoranı Nobuda yanında bir qadınla yemək yeyən İran əsilli Türk vətəndaşı Zərrab, fotosunun çəkildiyini hiss edən kimi, narahat olub, restorandan ayrılıb.
 
PROKURORLUQLA RAZILAŞMIŞDI
 
Qeyd edək ki, FTB-nin 2014-ün sentyabrında İran sanksiyalarını dəlmə ittihamı ilə haqqında istintaq başladılan Rza Zərrab, 19 mart 2016-da ailəsi ilə ABŞ-a giriş edərkən həbs olunmuşdu. Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində ona təqdim edilən altı ittihamı rədd edən Zərrab, daha sonra prokurorluqla razılaşmışdı. Haqqındakı ittihamları qəbul edən Zərrab, digər məhbus müttəhim, keçmiş Halkbankın baş direktorunun müavini Mehmet Hakan Atilla əleyhinə şahidlik etmişdi. 135 il həbs cəzası qarşısında etiraf etməklə şahidlik edərək daha az cəza almağı hədəfləyən Zarrabın Nyu-Yorkda bir həbsxanada xüsusi bir kamerada saxlanıldığı açıqlanmışdı.
Müxalifət.az