Rza Zarrabın restoranda yanındakı qadının kimliyi ortaya çıxdı

Baxış sayı:
7210

İrana qarşı sanksiyaların pozulması ilə bağlı Amerikada aparılan cinayət işinin əsas fiqurlarından biri Rza Zərrab, ötən gün Nyu-Yorkdakı Nobu adlı restoranda görünmüşdü. Prokurorluqla razılaşdığı və Nyu-Yorkdakı bir həbsxananın xüsusi bölməsində saxlanıldığı güman edilən Zarrabın dərc olunan o şəkli əks-səda doğurdu.
 
Bu arada yeməkdə onu müşayiət edən qadının kimliyi də ortaya çıxıb. Naməlum qadının, bir vaxtlar Zərrabın həyat yoldaşı Əbru Gündəşin heyranı və sonra dostu olan Ayşegül Uğur olduğu məlum olub. İllər boyu Gündəşi hər dəvətdə, səyahətdə və səhnə proqramında müşayiət edən Uğurun Amerikada olma səbəbi və Zərrabla görüşü maraq mövzusu olub.

Müxalifət.az