Rüşvət qalmaqalı böyüdü - Əməkdar artistin rəhbərliklə bağlı iddiasına CAVAB

Baxış sayı:
7399

Əməkdar artist Nigar Şabanovanın Akademik Opera və Balet Teatrının rəhbərliyinin ünvanına səsləndirdiyi iddiasına qarşı tərəf cavab verib.
 

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva açıqlamasında Leyli obrazında çıxış etmək üçün ondan 5 min manat tələb olunduğunu deyən Nigarın iddiasını təkzib edib:

“Opera Teatrı hər zaman gənclərə meydan verib. Nigar Şabanova da bizə müraciət edib, ona şarait yaradılıb, bir dəfə Leyli obrazında çıxış edib. Sonradan onun ifası və artistizmi teatrın tələblərinə cavab vermədiyi üçün növbəti dəfə çıxış etməyib. Qaldı ki, ondan pul tələb olunmasına, bu yalandır. Nigardan bir qəpik də alınmayıb. Bu mümkünsüzdür”.

Qeyd edək ki, Nigar Şabanova Xəzər TV-nin “Hər şey daxil” verilişində Akademik Opera və Balet Teatrı ilə bağlı iddia səsləndirib. O bildirib ki, 2013-cü ildə “Leyli bə Məcnun” operasında Leyli obrazında çıxış etmək üçün rəhbərlik ondan 5 min manat tələb edib. (Yenicag.az)