Rüşvət haqda məlumat verən şəxs mükafatlandırılacaq

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, rüşvət tələbi haqqında məlumat verən şəxs mükafatlandırılacaq.

Musavat.com-un məlumatına görə, Davudoğlu rüşvət istənilməsindən şikayət edən məmuru qoruyacağını da açıqlayıb. Baş nazir bildirib ki, işləyən məmurlar müdirlərindən şikayət edərlərsə, onlara 3 aylıq məzuniyyət veriləcək və bu müddətin maaşı ödəniləcək.

“Əgər iddialar təsdiqini taparsa məmur mükafatlandırılacaq. Əgər təsdiq olunmazsa və iftira atıldığı üzə çıxarsa, bu şəxslər haqqında ciddi tədbir görüləcək”, - baş nazir əlavə edib.