Rüstəm və Emil milyardları ölkədən necə çıxarıb... - “GRAFF DİAMONDS” ŞİRKƏTİ ÜZƏRİNDƏN YUYULAN PULLAR

Baxış sayı:
733

Tatarstan rəhbəri Rüstəm Minnixanovun “pul kisəsi” sayılan odioz biznesmen, Rusiya və Azərbaycan vətəndaşlığına malik olan Emil Qaynulin və onun ortağı Rüstəm Maqdeyev “Graf Diamonds” şirkəti üzərindən milyardlara rublu ölkədən çıxarıblar.

Rusiyanın bu əyalət biznesmenlərinin əməlləri barədə “versiya.ru” (https://versia.ru/chto-izmenitsya-v-rosgeologii-posle-skandalnoj-otstavki-zamglavy-ruslana-gorringa)yazır.

Maqdeyev “Qazprom”un və “Transneft”in ən iri podratçılarından biridir. Sayt yazır ki, Rüstəm Maqdeyev bir neçə dəfə beynəlxalq qalmaqalların mərkəzində yer alıb. Onlardan biri Maqdeyevin Britaniya zərgərlik evi “Graff Diamonds” la ortaq biznesi ilə əlaqəlidir. Redaksiyanın əldə etdiyi sənədlər göstərir ki, bu əhvalatın digər iştirakçısı-Maqdeyevin Kipr şirkəti “Equix Group Ltd.”dəki keçmiş ortağı Emil Qaynulin də milyardların Rusiyadan çıxarılmasında onunla əlbirdir. Qaynullin 2012-2015-ci illərdə İsveçrənin “Banque Privée Edmond de Rothschild” bankının  meneceri olub.

 

Rüstəm Maqdeyev

Emil Qaynulinin sınıq-salxaq ingiliscə şəxsən yazdığı təxmin edilən məktubda onun biznesinin necə təşəkkül tapmasından bəhs edilir. Belə məlum olur ki, Qaynulinin biznesində bəzi kriminal avtoritelər də iştirak edib və o, “Podvodtruboprovodstroy” adlı podratçı şirkətin “Qazprom”dan aldığı pulların xaricə çıxarılıb “yuyulmasında” iştirakçıdır. Qaynilin həmin pulların bir hissəsini Kiprin Limasol şəhərində “Graff Diamonds” butikinə yatırıb.

Limasoldakı “Grafff Diamonds” butiki “Equix Group Ltd.” şirkətinin idarəçiliyi altında 2015-ci ildə açılıb. Amma belə görünür ki, Qaynulin və Maqdeyev daha əvvəldən tanış idilər. 2013-cü ildə Maqdeyev Qaynulini “kölgə” bankiri Aleksey Kulikovla tanış edib. Bu həmin Kulikovdur ki, “Moldova Landromat”ında adı keçir və onun əli ilə bir sıra Rusiya banklarından Qərbə “Podvodtruboprovodstroy” şirkətinin milyardlarla rubl pulu ötürülüb. Qaynulin həmin pulları bir sıra xarici banklarda yerləşdirib. Məktubdan məlum olur ki, Kiprdə belə banklar arasında “Bank of Cyprus”, “Hellenic Bank” və “RCB Bank”, İsveçrədə UBS, “Julius Baer” və “Credit Suisse” olub.

Emil Qaynulin

Qaynilin həmin pulların bir qisminə Kiprdə, Tailandda və Fransanın Lacivərdi sahillərində daşınmaz əmlak alıb. Qaynilin Azərbaycan və Rusiya vətəndaşlığına malik olsa da Kiprə yatırdığı pullar hesabına bu ölkənin də vətəndaşlığını əldə edib. Orada o Maqdeyevlə “Equix Group” şirkətini açıb və məktub müəllifinin yazdığına görə həmin şirkətə 100 milyon dollar yatırıb. Maqdeyev isə 50 milyon pul qoyub./Virtualaz.org