​Rüstəm Orucov dünya çempionatına qələbə ilə başladı

Baxış sayı:
973

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Munxtsedev Bakıda davam edən dünya çempionatında mübarizəni erkən dayandırıb.
Muxalifet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.
Kişilər arasında 73 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionı Rüstəm Orucov isə dünya çempionatına qələbə ilə başlayıb.
73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/2final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb. Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Mrovçinski (Polşa) - Viktor Skvortsov (BƏƏ) cütünün qalibi olacaq. 
Bu çəkidəki azərbaycanlı digər cüdoçu Hidayət Heydərov isə 1/32 finalda iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.