​Rüstəm Behrudi xəstəxanaya yerləşdirildi

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib.
Yeniçağ.az-ın xəbərinə görə, şair bu saatlarda əməliyyat olunacaq.
Şairin həkimi Cəfər Nəsirli xəbəri təsdiqləyib:
“Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.
Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.