​Ruslardan İŞİD-ə unudulmaz zərbə

Rusiya Hərbi Qüvvələri Suriyada İŞİD terror təşkilatının məntəqələrinə güclü zərbələr endiriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Kanaşenkov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın “TU-22” bombardımançı təyyarələri və “Kolpino” sualtı qayıqlarından İŞİD terror təşkilatının Suriyanın Abu-Kemal rayonu yaxınlığındakı mövqelərinə zərbələr endirilib.
Hücumun məqsədi terrorçuların məntəqələrini və onların silah anbarlarını məhv etmək olub. Əməliyyat zamanı bombardımançı təyyarələr ən ağır raketlərdən istifadə ediblər. “Kolpino” sualtı qayıqlarından isə “Calibre” raketləri atılıb. Təyyarələr səmada 5 min kilometr dövr edərək bir neçə dəfə ərazini bombalayıblar. 
Qeyd edək ki, Rusiya bu günə qədər Suriyada 390 belə əməliyyat keçirib. Nəticədə terrorçuların 950 məntəqəsi dağıdılıb.