"Ruslara əzab verərək məğlub etməliyik" - ABŞ

Ruslar ABŞ üçün bir təhdiddir və gələcəkdə də belə olacaq.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo deyib.
Rusiyanı məğlub etməli olduqlarını deyən Pompeo Rusiyanın ABŞ-a on illərdir ki, meydan oxuduğunu, ancaq rusların təsirinin azaldığını bildirib: "Ruslara əzab verməliyik, onlara qarşı tədbir görəcəyik".