"Ruslara mane olanlar cəzalandırılacaq" - DODON

Rusiya vətəndaşlarının Moldovaya girişinə maneə törədən şəxslər cəzalandırılacaq.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodo rəsmi Feysbuk səhifəsində yazıb.
O bildirib ki, təxribat törətməklə iki ölkə arasında əlaqələrin pisləşməsinə səbəb olan şəxslər cavab verməli olacaq.
Qeyd edək ki, ötən gün Moldovaya girişi qadağan olunan şəxslər arasında Rusiya vətəndaşları da olub.