Ruslar Türkiyə təyyarəsində dava saldılar - Video

Baxış sayı:
2803

İstanbuldan Yekaterinburqa uçan Türkiyə Hava Yollarına məxsus təyyarədə dava baş verib.
“Qafqazinfo”nun “e1.ru” portalına istinadən verdiyi xəbərə görə, münaqişə sərnişinlər əyləşən zaman başlayıb.
Şahidlərin bildirdiyinə görə, davanı ilk olaraq rus qadın başladıb. Daha sonra başqa bir kişi onun müdafiəsinə qalxıb. Bundan sonra isə daha bir kişi davaya qarışıb.
Münaqişənin hər üç iştirakçısı olan Rusiya vətəndaşı təyyarədən endirilib.
Təyyarə 45 dəqiqə gecikməli olub.
Davanın hansı səbəbdən baş verdiyi məlum deyil.