"Ruslar mənim xoşuma gəlir" - TRAMP

Baxış sayı:
194

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonun onu və bir neçə nəfəri Rusiya tərəfdarı olması ilə bağlı ittihamlarına cavab verib.

Tramp bu barədə Tvitter hesabında yazıb.

“Keçmiş dövlət katibi Nümayəndələr Palatasının Havaydan olan üzvü Tulsi Qabbardı Rusiya tərəfdarı və ABŞ-ın Yaşıllar Partiyasından keçmiş prezidentliyə namizəd Cill Staynı Rusiya casusu adlandırıb. Məni də Rusiyaya rəğbəti olan birisi adlandırıblar. Amma həqiqətən də ruslar da digər insanlar kimi mənim xoşuma gəlir”, - Tramp bildirib.