​Ruslar İrəvanı seçdilər

Baxış sayı:
3277

Ruslar daha çox Belarusa güvənirlər.
Muxalifet.az  xəbər verir ki, bu nəticə “Rambler” portalının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Minski Moskvanın dostu sayanlar əhalinin 50%-ni təşkil edib.
Rusların dost hesab etdiyi ölkələr sırasında ilk üçlüyü Qazaxıstan (17%) və Ermənistan (13%) tamamlayıb. MDB-yə üzv digər ölkələrin hər biri yeni reytinq cədvəlində 10%-dən az səs toplayıb. Belə ki, rusların 5%-i Ukrayna, 3%-i Qırğızıstan, 2%-i Azərbaycan, 2%-i Litva, 2%-i Özbəkistan, 2%-i Estoniya, 1%-i Gürcüstan, 1%-i Latviya, 1%-i Tacikistan, 1%-i isə Türkmənistana güvəndiyini bildirib.
Rusların heç güvənmədiyi ölkə isə Moldova seçilib.