Ruslar aylarla ABŞ-a viza üçün gözləyəcək – Keçmiş səfir

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Kremlin ölkədəki amerikalı diplomatların sayını azaltmaq qərarının Rusiya vətəndaşları üçün mümkün nəticələrindən danışıb.
 
Keçmiş səfir rəsmi Tviter hesabında Rusiya vətəndaşlarına xəbərdarlıq edib. Rusiyada 755 ABŞ diplomatının olmasına şübhə ilə yanaşdığını bildirən keçmiş səfir deyib:
“Əgər bu ixtisarlar reallaşarsa, onda Rusiya vətəndaşları ABŞ-a viza almaq üçün həftələrlə, hətta aylarla gözləməyə hazır olsunlar”.
Xatırladaq ki, Rusiya hökuməti ABŞ-ın sanksiyalarına cavab olaraq ölkədəki amerikalı diplomatik personalın sayını azaltmaq qərarı almışdı.