"Ruslan Qaranın həbsi siyasi motivlidir" – VƏKİL

Avqustun 14-də vəkil Əsabəli Mustafayev ötən cümə inzibati qaydada həbs olunmuş Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt təşkilatının fəalı Ruslan Qara (Qarayev) ilə görüşüb.
 
Mustafayevin Turan-a verdiyi məlumata görə, onu bir saata yaxın polis binasının qarşısında saxladıqdan sonra Qaranın yanına buraxıblar. Eyni zamanda, o bildirib ki, əvvəlki hallardan fərqli olaraq, o, müvəkkili ilə görüş almaq üçün DİN-in "102" xidmətinə və ombudsman aparatına zəng etməli olmayıb.
Mustafayev digər fəalları kimi, Qaranın həbsinin də əsassız və siyasi motivli olduğunu bildirib.
"Guya Ruslan Qara evdən çıxıb və küçədə ünvansız söyüş söyüb. Həmin vaxt "təsadüfən" yoldan keçən mülki geyimli polis əməkdaşları ondan söyüş söyməməsini ələb ediblər, Qara isə onlara tabe olmaqdan imtina edib", deyə Mustafayev bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi həbs qərarından şikayət vermək niyyətindədir.