​RUSİYAYA ZƏRBƏ: Tramp 3 lideri Ağ Evə toplayır

Baxış sayı:
4723

Litva Prezidenti Dalya Qribauskayte ABŞ-a səfər edib.
Muxalifət.az xəbər verir ki, Qribauskayte Vaşinqtona Litva müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri ilə birgə gedib.
Litva liderinin sabah Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Latviya və Estoniya prezidentləri ilə görüşü nəzərdə tutulub. Görüş zamanı birgə siyasi deklarasiyanın qəbulu planlaşdırılıb. Prezidentlərin görüşündə həmçinin regional təhlükəsizlik, NATO-nun Brüssel sammitinə hazırlıq, NATO-dakı reformlar, ABŞ-ın Baltikyanıdakı hərbi mövcudluğunun artırılması məsələlərinin müzakirə ediləcəyi bildirilib.