​AŞ Rusiyaya sanksiyanı ləğv edir?

Avropa Şurası 2014-cü il Ukrayna münaqişəsi səbəbindən Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan qaldırılması məsələsinə baxır.
Muxalifət.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” qəzelti məlumat yayıb.
Qəzet bildirir ki, Avropa Şurası Rusiyanın təşkilatdan çıxmasından narahatdır.
“Bu, Avropa üçün mənfi nəticələrə səbəb ola bilər. Bu, həm də geriyə doğru böyük addım olardı”, - qəzet Avropa Şurasının baş katibi Torbörn Yaqlandın bu fikirlərinə istinad edib.