Rusiyaya qarşı sanksiyalar qanunu Trampa imzaya verilib

ABŞ Konqresində sanksiyalar haqqında qəbul edilən qanun imzalanması üçün prezident Donald Trampa təqdim edib.
 
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda AFP agentliyi xəbər yayıb.
Məlumata görə, Tramp qanunu ya imzalayacaq, ya da ona veto qoyacaq. Qanun layihəsi yerli vaxtla saat 13:53-da Ağ evə daxil olub.