“Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək” – Apa Papyan

“Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”, - “Ermənistan xəbərləri” portalı xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.
 
Qeyd olunur ki, Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına daxildir və müvafiq olaraq, sanksiyaların təsirsiz ötüşməsi real deyil. Çin və İranla münasibətlərin inkişafı ilə bağlı deyilənləri şərh edərkən Papyan bildirib ki, bunu Ermənistan təkbaşına həll etmir və Avrasiya birliyindəki üzvlüyü yada salıb.
“Çin və İranla münasibətləri inkişaf etdirmək üçün quruma üzv olmaq lazım idi? Bunu onsuz da inkişaf etdirmək olardı”, - Papyan vurğulayıb.