​Rusiyaya qarşı bircə sübutunuz varmı? – LAŞET

Baxış sayı:
4039

Rusiyalı diplomatların “Skripal işi” ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Xristian-Demokrat Birliyinin sədr müavini Armin Laşet deyib.
“Bütün NATO ölkələrini həmrəylik göstərməyə inandırdığınız zaman ən azı bir sübutunuz olmalıdır axı?” - Laşet qeyd edib.
Laşet həmçinin britaniyalı ekspertlərin Skripalın zəhərləndiyi maddənin mənşəyini hələ də aşkar edə bilmədiklərini deyib.
Qeyd edək ki, Solsberi şəhərində Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsindən sonra bir çox ölkə rus diplomatlarını qovub.