​RUSİYAYA GÖZLƏNİLMƏZ HƏMLƏ - Münaqişə bölgəsi Avropa İttifaqına verilə bilər

Baxış sayı:
3538

Ukrayna Prezidenti Pyotr Poroşenko Avropa İttifaqına Donbas bölgəsində yerləşən şəhərləri himayəyə götürməyi təklif edib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Poroşenko və ATƏT Parlament Assambleyasının sədri Georgi Çereteli arasında keçirilmiş görüşdə Donbas məsələsi müzakirə edilib.
Görüşdə rus separatçıların nəzarətində olan bölgəyə BMT-nin sülhyaratma missiyasının göndərilməsi də müzakirə edilən məsələlər sırasında olub.
“ATƏT bölgədə təhlükəsizliyin təmin edilməsi üçün səylərini davam etdirir. Əgər Avropa İttifaqı yenidənqurma işləri üçün Donbasda yerləşən şəhərləri himayayə götürsə, bu, hər iki tərəf üçün xeyirli olardı”, - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Donbas bölgəsi 2014-cü ildən Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarəti altındadır.