​"Rusiyaya görə bizi qorxudurlar" - LİVANLI NAZİR

Livanla Rusiya arasında həyata keçirilməsi nəzərdə tutulan təbii qaz layihəsinə mane olmaq üçün gözümüzü qorxudurlar.
Muxalifet.az xəbər verir ki, bu barədə Livanın Xarici İşlər naziri Gebran Bassil danışıb.
Nazirin sözlərinə görə, son günlərdə Livan ətrafında baş verənlər ölkəyə qarşı yönəlmiş məqsədyönlü kampaniyadır.
Qeyd edək ki, Livanın Baş naziri Saad Həriri bir qədər əvvəl ölkəsində həyatının təhlükədə olduğunu bildirərək səfər etdiyi Səudiyyə Ərəbistanında istefa vermişdi.