Rusiyaya 3 ədəd qırıcı təyyarə hədiyyə ediləcək

Baxış sayı:
2356

Rusiya prezidenti Vladimir Putin 4-5 oktyabr tarixlərində Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Putinin Hindistanın baş naziri Narendra Modi ilə keçirəcəyi görüşdə Rusiyaya 3 ədəd "Mig-21" supersonik (səsdən sürətli) qırıcı təyyarə hədiyyə ediləcəyi iddia edilib.
Hədiyyələrin iki ölkə arasındakı münasibətlərin və dərin starteji müttəfiqliyin gücləndirilməsi məqsədilə veriləcəyi bildirilir.
Kreml sözçüsü Dmitri Peskov görüşlərdə əsasən hərbi-texniki məsələlərin müzakirə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, SSRİ dövründə istehsal edilən "Mig-21" təyyarələri ilk uçuşlarını 1956-cı ildə edib. Hindistan bu təyyarələrdən 1963-cü ildən etibarən almağa başlamışdı.