Rusiyanın Xəzər donanmasında aviasiya eskadrilyası yaradılacaq

Baxış sayı:
10501

Rusiyanın Xəzər donanmasında “Be-200″ təyyarələri və “Mi-14″ helikopterlərindən ibarət aviasiya eskadrilyası yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Xəzər donanmasının komandiri kontr-admiral Sergey Pinçuk məlumat verib.

Onun sözlərinə görə, eskadrilya Kaspiysk şəhərində yerləşəcək.

Donanma komandir əlavə edib ki, ilin sonunadək Xəzər donanmasının sahil qüvvələrinin tərkibində “Bal” raket kompleksinin divizionu formalaşdırılacaq.