Rusiyanın XƏYANƏTİ ÜZƏ ÇIXDI

Baxış sayı:
56

Türkiyənin təpkisinə səbəb olan Rusiya-PKK görüşməsi ilə bağlı Rusiyadan gələn ilk açıqlamada  "Toplantıda İŞİD-dən sonra atılacaq addımlar müzakirə olunub” deyə, bildirilib.
 
Neftlə zəngin olan Deyrizor vilayətinin şərqinin terror təşkilatı PKK/YPG tərəfindən ələ keçirilməsindən sonra Rusiyanın bir generalı ilə YPG terrorçularından ibarət heyətin görüşdüyü bəlli olub. İclas Deyrizor yaxınlığındakı Salahiyə qəsəbəsində baş tutub. Görüş haqqında Moskvadan ilk rəsmi açıqlama 48 saat sonra verilib, yəni artıq bu görüş ifşa olunandan sonra. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında, toplantıya Hmeymim bazasının komandirlərindən olan general Yevgeniy Poplavskinin də dəvət edildiyi və görüşün "Fərat Şərq Bölgəsi” Yerli İdarəetmə Komitəsinin birinci iclası olduğu ifadə edilib. Toplantının məqsədinin isə İŞİD-in məğlubiyyətə uğradılmasından sonra atılacaq addımların dəyərləndirilməsi olduğu bildirilib.
 
BİRGƏ KOMANDANLIQ TƏKLİFİ
 
Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-yə yaxın xəbər saytı da toplantıya dair məlumatlar verib. Xəbərdə tədbirə qatılan Rus generalın adı Aleksey Kim olaraq göstərilib. Ancaq Rusiyanın açıqlamasında Rus generalın Yevgeniy Poplavski olduğu bildirildi. Fərqli informasiya təqdimatı da göstərir ki, görüşün mahiyyəti haqda verilən rəsmi məlumatlar heç də həqiqətə söykənmir. Çünki bəllidir ki, Rusiya ilə PKK zaman-zaman qarşılıqlı maraqlar çərçivəsində bazarlıqlar edir və bu son görüş də bunlardan biri kimi Rusiyanın Türkiyəyə ola biləcək xəyanəti kimi tarixə keçə bilər.
Qeyd edək ki, PKK/YPG Türkiyənin Afrinə qarşı hərbi əməliyyatlar hazırlığı qarşısında türk ordusunu dayandıracaq “müttəfiq” axtarışındadır. ABŞ-ın Afrinlə bağlı YPG-yə heç bir təhlükəsizlik təminatı vermədiyi bəllidir. Məhz bu baxımdan PKK/YPG Rusiyaya Deyrizor bölgəsində bir neçə neft quyusunu təhvil verməklə, Türkiyədən sığortalanmaq istəyə bilər. Və Rusiyanın da bu bazarlığa açıq olduğu heç kimdə şübhə doğurmur. Çünki Raqqadan İŞİD terrorçularının təhlükəsiz çıxarılması müqabilində də Rusiyaya PKK tərəfindən bir neçə neft quyuları peşkəş edilmişdi.
Müxalifət.az