Rusiyanın təhdidlərindən xilas olmağın yolları... - SABİQ DEPUTAT YAZIR

Baxış sayı:
1016

Azərbaycan hökuməti bu təhdidlərdən xilas olmağın yollarını müəyyən edərək, ordumuzu səfərbərliyə hazırlamalıdır

Dağlıq Qarabağın ilhaqından bizi nə az, nə çox 28 il ayırır. Qarabağın gözü, mənəviyyat və mədəniyyət tariximizin beşiyi Şuşada indi yadlar at oynadır. Biz də Bakıda, Şəkidə, Gəncədə, Naxçıvanda oturub cahanşümul qəhrəmanlığımızla öyünürük. Adlar çəkdim, xətirlərinə dəyməsin deyə doğulduğum Qərbi Azərbaycanı da bu sıraya əlavə edirəm. Tarixən o torpaqlardan 4 dəfə deportasiya olunmuşuq. Heç birində də hər hansı ciddi müqavimət göstərməmişik.  Qarabağlı qardaşlarım inciməsinlər məndən. Onlar da həmçinin… Təxribatlar hər zaman öz rolunu oynayıb və indinin özündə də buna gedirik.

Xalq öz iradəsini ortaya qoymalıdır və hökumətdən tələb etməlidir ki, mənasız danışıqlardan kənarlaşıb ordunu hərəkətə gətirsin. Varmı xalqda belə bir iradə? Əksinə bol-bol danışmağın, yazıb-pozmağın, bəndəniz də daxil evdə oturub onu-bunu asıb-kəsməyin qəhrəmanıyıq. Sanki xəstəlik kimi canımıza-qanımıza yeriyib. Düşmən sabah qondarma quruma “seçdiyi” prezidentin inaqurasiya təntənələrini Şuşada qeyd edəcəkdir. Özümə söz vermişəm ki, o səhnələri görməməkdən ötrü sosial şəbəkələrə baxan deyiləm. Guya ki, baxanda neyniyəsiyəm!?

Njdehin tulası Paşik bu gün Azərbaycanı qorxaqlıqda  suçlayır.  Bu köpəyi  üstümüzə hürüdənin kimliyi dünyaya bəllidir. Hamı da Rusiyanın bu işğalın müəllifi olduğunu gözəl bilir. Təəssüflər ki, Qərbin bəzi dairələri də onun təsiri altına düşüb Erməninistanı açıq və ya gizli qayda da müdafiə edir. Şuşada 366-cı mexanikləşdirilmiş rus polkunun törətdiyi cinayətin misli-bərabəri yoxdur. Rusiya bu günün özündə bir aylığa geri çəkilərsə Azərbaycan ordusu düşməni çıxdığı yerə qədər qovmaq gücünə sahibdir.

Axı ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək siyasəti indinin işi deyil, əsrlərdən üzü bəri bu günümüzə qədər gəlib çatıb. İrəvana necə imza atdıq?! Bu gün də imzasız törpaqlarımız düşmən əsirliyindədir.  Ermənini qudurdan əsasən Rusiya və İran faktorudur. Bu faktorı tamamilə inkar etmək doğru olmazdı. Məhz bu iki dövlətin iqtisadi-hərbi dəstəyi ilə bu gün təcavüzkar  Ermənistan ayaqdadır və necə deyərlər, Şuşada yallı tutur. Azərbaycan torpaqları hesabına ozünə oyuncaq bir dövlət qurub. Əsrin əvvəllərində 114 min kv. kilometr ərazisi olan Azərbaycan indi  təxminən 65 min kv. kilometr torpaq ərazisini əlində saxlaya bilmişdir. Baxın rəqəmə, adamın gözünü deşir. Bu astagəlliklə işğal altında olan torpaqlarımızı azad etmək çox çətin olacaqdır.

Problem haradadır? Sualın sadə bir cavabı vardır. Xalq öz sözünü bu gün öz sözünü qətiyyətlə deməlidir. Nəhayət, Azərbaycan hökuməti Rusiyanın təhdidlərindən xilas olmağın yollarını müəyyən edərək, ordumuzu səfərbərliyə hazırlamalıdır. Artıq ərazilərimizin suverenliyinin bərpası istiqamətində  qəti addımlar atılmalıdır. Düşmən mövqeyini ilbəil möhkəmləndirir və istədiyi vaxt gedib-gəlir. Hava məkanımız onların üzünə birdəfəlik bağlanmalıdır.

Sabah Şuşada qondarma qurumun  “seçilmiş prezidentinin” inaqurasiya mərasimidir.  Bu dəhşətli səhnəni necə izləyə biləcəyik?! Necə sinirmək olar axı bu təhqiri? Lənət olsun ATƏT-də, BMT-də, Minsk Qrupuna da!!! Onlar qəsdən, böyük dövlətlərin sifarişləri hesabına  Azərbaycanı çıxılmaz vəziyyətə saldılar.

1994-cü ilin may ayında Azərbaycanın Bişkek protokoluna imza atması üçün Rusiyanın qurmadığı oyun qalmadı. Cəbhədə vəziyyəti gərginləşdirərək Azərbaycana sübut etməyə çalışdı ki, artıq başqa yol yoxdur. Digər tərəfdən Rusiya regionda forpostunun təhlükəsizliyini  təmin etdi. Sonralar Viktor Kazimirov Minsk Qurupunun rusiyalı nümayəndəsi kimi  öz xatirələrində Bişkek protokolunun əhəmiyyətindən danışarkən bildirir ki, Ermənistanı gözlənilən təhlükələrdən sovuşdurmaq məqsədilə hazırlanmış bu sənədə zərrəcə əməyim keçibsə, özümü xoşbəxt hesab edirəm.

Rusiya yenə işğalçıya siyasi dəstəyini yürüdür.  Bu məkrli planı alt-üst eləməyin yeganə vasitəsi Azərbaycan xalqı ilə Azərbaycan hakimiyyətinin vahid birliyindən asılıdır. Siyasi düşərgələrarası bütün çarpışmalar, bir – birini düşmən elan edən bütün iddialar kənara atılmalıdır. Bir düşmən var. Onun adı Ermənistandır!

Eldar SABİROĞLU