Rusiyanın “şəxsi ordusu”na AĞIR ZƏRBƏ

Baxış sayı:
5803

Suriyada kriminal polisin keçmiş binasında partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, bu haqda şəxsi mənbəyinə istinadən “Novaya Gazeta” nəşri bildirib.

Buna Dəməşq-Deyr-ez-Zor yolunda yerləşirdi. Mənbə bildirib ki, hadisə noyabrın 4-də baş verib. Bunada Suriya könüllüləri və Rusiyanın “hərbi məsləhətçiləriylə” komplektləşdirilmiş Suriyanın hökumət ordusunun 5-ci korpusunun (SAA) bölmələrindən biri yerləşirdi.
Partlayış nəticəsində 11 nəfər həlak olub. Nəşrin həmsöhbətinin sözlərinə görə, onlardan 6 nəfəri “Vaqner” şəxsi hərbi şirkətin muzdlularıdır.
Qeyd edək ki, “Vaqner” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Rusiyanın “məxfi ordusu” arlandırılan hərbi şirkət çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib.