​Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hadisə noyabrın 2-də yerli vaxtla saat 10:35-də baş verib. Mərmilərdən biri səfirliyin ərazisinə düşüb. 
İnsident zamanı diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.