​Rusiyanın sərhədləri dəyişəcək, Azərbaycan və Tacikistan... - Jirinovskidən AÇIQLAMA

Baxış sayı:
2932

Rusiyada Liberal-Demokrat Partiyasının lideri, prezident seçkilərində təxminən 6 faiz səslə üçüncü olmuş Vladimir Jirinovski tezliklə siyasətdən gedəcəyi barədə məlumatlara “Telegram” sosial şəbəkəsində reaksiya verib. O, elan edib ki, siyasətdən tezliklə getməyəcək, əksinə, gələcəkdə Rusiyaya başçılıq edəcək, üstəlik Azərbaycanı da Rusiyaya “birləşdircək”. Bu haqda “Rossiyskaya qazeta” yazır.
Jirinovski 2036-cı ildə Kremlin önündə “200 minlik kütlə” qarşısında vida çıxışını da onun siyasətdən getməsini “səbrsizliklə gözləyən” jurnalistlərə cavab olaraq indidən Telegram-kanalda yerləşdirib.
Jirinovskinin proqnozuna əsasən, gələcəkdə nəinki Rusiyada dövlət instutları, eləcə də dövlət sərhədləri dəyişəcək. Ölkəni prezident yox, dövlət şurasının sədri idarə edəcək. Həmin şura Jirinovskini Rusiyanın “ali hökmdarı” seçəcək. Ölkədə “əsl demokratiya erası” başlayacaq. Və Jirinovskinin proqnozuna görə, gələcəkdə Tacikistan və Azərbaycan da Rusiyaya birləşəcək.
Jirinovski bundan əvvəl də Azərbaycan və digər keçmiş sovet respublikalarının “Rusiyanın tərkibinə geri qayıdacağı” barədə proqnozlar verib. (virtualaz)