Rusiyanın Əsədi XİLASETMƏ OYUNU ALINMADI – SOÇİ KONQRESİNİN ARXA PLANI

 Rusiya, Əsəd rejiminə müxalifətdə olan gücləri təhdid edərək, bu ayın 18-də Soçidə Suriyalı bütün qrupların qatılacağı bir Milli Dialoq Konqresinin keçiriləcəyini açıqladı.
 
 Təhdid, bu Konqresə qatılmağı rədd edən, ya da ön şərt irəli sürən müxalif qrupların gələcək siyasi nizamda yer ala bilməyəcəyi şəklində idi.
 Bunun mənası Əsədin legitimliyini qəbul etməyən müxalifətçiləri inkar etməkdir.
Çünki dəvət edilən 33 qrupun yarıdan çoxu müxalifətçilərdən deyil, mərkəzi Dəməşqdə yerləşən Əsəd rejimi ilə əlaqədə olan qruplardan ibarət idi.
Rusya bununla yetinmədi, daha bir həmlə ilə Türkiyənin terror təşkilatı olaraq gördüyü PYD-ni də bu toplantıya dəvət etdi. (Rusiya Moskvada büro açmasına icazə verdiyi PYD-ni terror təşkilatı olaraq görmür)
Beləliklə, Rusiya həm müxaliflərin, həm də Türkiyənin əlini zəiflətməklə, özünə görə bir siyasi həll planlaşdırırdı.
 
 Türkiyə məhz bu oyunu pozdu.
 
PYD-nin qatılacağı toplantıda Türkiyənin iştirak etməyəcəyini bəyan edən Ankara, terror təşkilatının olduğu Konqresin qəraralarının qəbul edilməyəcəyini və ona görə də Soçi görüşünün heç bir dəyərinin olmayacağı mesajını Rusiyaya çatdırdı.
Suriya Milli Koalisyonu, muhalif qruplar və danışıqları aparmaqla səlahiyyətli olan yüksək nümayəndə heyəti də bu görüşü iki rejim (Rusiya və Əsəd rejimləri) arasında keçiriləcək bir konqres olaraq dəyərləndirdilər və bu tədbirə qatılmayacaqlarını açıqladılar.
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalının son açıqlamasına əsasən demək olar ki, Rusiya bu vəziyyət qarşısında iclası ləğv etmək məcburiyyətində qalıb.
 Bəli, Türkiyə bu oyunu da hələlik pozmuş oldu. Hələlik ona görə deyirik ki, daha hansı manevrlər ediləcək, məlum deyil.
İnsan Haqları Təşkilatının hesabatındakı 350 min insanın ölümündən (qeyri-rəsmi rəqəmlər 600 minin üzərində) məsul olan Əsədi qoruma məqsədi daşıyan Soçi Konqresinin digər bir hədəfi Rusiyanın yanvar ayında hazırlayıb, təqdim etdiyi Yeni Suriya Konstitusiyasını müzakirəyə çıxarmaqdır.
85 maddədən ibarət hazırlanan o konstitusiyaya görə, Əsəd daha 18 il hakimiyyətdə qala biləcək.
Bunu həyata keçirmək üçün də Əsədin kölgəsində milli birlik hökumətinin qurulmasını gündəmə gətirəcəkdilər.
 Başqa bir hədəf də siyasi həll üçün BMT xaricində yeni bir hökumət yaratmaq idi. Çünki BMT nəzarətindəki Cenevrə Deklarasiyasında "keçid prosesinin Əsədsiz olması qərara alınmışdı. Rusiya Soçi Konqresi ilə Əsədin olduğu bir keçid prosesinin qapısını aralamağı hesablayırdı.
Əksəriyyəti Əsəd tərəfdarlarının təşkil etdiyi Soçi Konqresində həqiqi müxalifət azlıqda qalacağı üçün Rusya istədiyi qərarı rahatca səs çoxluğu ilə ala biləcəkdi.
Bundan başqa, bu toplantı ilə Suriyada rejimlə birlikdə məsumların qanını tökən Rusiya imicini sülh tərəfdarı Rusiya imici ilə dəyişmiş olacaqdı.
 Amma olmadı. Beləliklə, regionda Türkiyəsiz qərar qəbul  etməyin mümkün olmadığını dünya bir daha görmüş oldu.
Müxalifət.az