​Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix açıqlanıb

Baxış sayı:
3784

“Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək”.
“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.
Onun fikrincə, “S-400”lər ABŞ-ın “Patriot”lərindan daha təsirlidir: “S-400”lərlə Türkiyə ordusu daha güclənəcək”.
Qeyd edək ki, aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan “S-400” zenit-raket kompleksinin Türkiyəyə planlaşdırıldığından daha tez təhvil veriləcəyini bildirmişdi.