Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

Baxış sayı:
17491

“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa girişini təmin etməkdir. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland da bildirdi ki, danışıqlar masasında mövcud olan “Lavrov planı”nı nə Ermənistan, nə də Azərbaycan qəbul edir. Görünür, Rusiya münaqişənin nizama salınmasında heç bir variantını təmin edə bilmir”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Qarnik Qevorqyan deyib.
Onun fikrincə, Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı razılıq Rusiyanın maraqlarına uyğun gəlmir: “Çünki Rusiyaya regionda möhkəm sülh lazım deyil, əksinə Azərbaycan və Ermənistana təsir etmək üçün müharibə lazımdır. Qarabağ müharibəsini əsas gətirərək, Rusiya Ermənistanda hərbi qüvvələrini saxlamağa davam edir. Hətta Rusiyaya lazımdır ki, Ermənistanın daim düşməni olsun, çünki bu, ona “sizi yalnız biz qoruya bilərik” deməyə imkan verir”.
Erməni şərhçi hesab edir ki, Nikol Paşinyanın danışıqlara getməsi Putinin planlarına qarşıdır.
“Paşinyan Sarkisyandan fərqli olaraq Rusiyanın Qarabağla bağlı planlarının əksinə hərəkət edir və bu, Moskvada narahatlıq yaradır. Yaxın vaxtlarda Rusiyadan Ermənistana hər hansı müdaxilə olarsa təəccüblü olmaz. Ən azından Rusiya KİV-də Ermənistana qarşı yeni hücumlar olacaq”, - deyə Qevorqyan bildirib.