Rusiyanın olduğu Lazkiyədə 5 terror düşərgəsi təsbit olundu

Baxış sayı:
2701

Suriyanın Lazkiyə bölgəsində Türkiyə əleyhinə terror təşkilatlarının ən az beş təlim düşərgəsi yerləşir. Yerli mənbələr Afrin, Münbiç, Tel Abyad və Rakkadan gələn təxminən iki yüz terrorçunun bu düşərgələrdə rejim və İran dəstəkli qruplardan təlim aldığını bildirib. Düşərgələri istifadə edən təşkilatların başında PKK, DHKP-C, "Mukaveme Suriya” kimi tanınan THKP/ACİLCİLER və Avropalı terrorçuların yaratdığı Birləşmiş Azadlıq Qüvvələri (BÖG) gəlir.
 
YERLƏRİ MÜƏYYƏNLƏŞDİRİLİB
 
Lazkiyədə Əsəd rejiminə aid Gəbərə kəndində yanğınsöndürmə binasını, Avanlı, Fırınlık, Saray nahiyəsi və Çalmadakı hərbi məqamları düşərgə kimi istifadə edən terror təşkilatları, bölgədə varlıqlarını davam etdirir. Terrorçular, Əsəd rejiminin dəstəyi ilə müxalif Türkmənlərə və Türkiyəyə qarşı aksiya hazırlıqları görür.
 
HAMISI İTTİFAQ OLDU
 
Türkmən Dağında Əsəd rejiminə qarşı mübarizə aparan Azad Suriya Ordusuna (ASO) bağlı xüsusi qüvvələr qrupu “Fursanul İman”-ın hərbi sözçüsü Məhəmməd Yavuz, Lazkiyə şəhərində PKK ilə Acilciler kimi bir çox inqilabçı və Türkiyə düşməni təşkilatın bir yerdə çalışdığını söyləyib. Yavuz, "Bu vəziyyəti yaxından və cəbhə xəttində görürük. PKK, “Mukaveme Suriya” və Şiə milislər Suriya inqilabına qarşı çiyin-çiyinə vermiş vəziyyətdədirlər. Onsuz da müharibə əgər burada bitsə belə, bu təşkilatlar burada gözləməyəcəklər. İdlib və Lazkiyədən sonra hədəfin Türkiyə olacağı hər kəsin görə biləcəyi bir həqiqətdir".
Müxalifət.az