Rusiyanın “oğru taxt-tacı”na 5 namizəd: Onların arasında “Lotu Quli” də var

Baxış sayı:
7260

Rusiyanın bir nömrəli mafiozu “Şişkan” ləqəbli Oleq Şişkanovun həbsindən sonra onun yerinə 5 namizəd var.
Muxalifet.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların arasında Nadir Səlifovun (“Lotu Quli”) da adı çəkilir.
Siyahıdakıların ikisi gürcü əsilli “qanuni oğru”dur. Bunlar Vaja Biqanişvili (“Vaja Tbilisski”) və Ramaz Dzneladzedir (“Ramaz Kutaisski”). Biri isə “slavyan sektor”unun təmsilçisi “Voskres” ləqəbli Vasili Xristoforovdur.
Rusiyanın 1 nömrəli “qanuni oğru” tituluna namizədlərdən biri də çeçen əsilli, “Əhməd Şalinski” ləqəbli Əhməd Dombayevdir.
Rusiya portallarının yazdığına görə, “Şişkan”ın həbsi kriminal aləmdə yeni, amma qanlı qarşıdurmaların başlayacağı ehtimalını artırır.