​Rusiyanın növbəti HƏDƏFİ AÇIQLANDI – II Balkan

Baxış sayı:
2779

Rusiya Suriya və ya Ukraynadakı situasiyaya nəzarəti əlindən çıxarsa, Bosniya və Herseqovinada yeni müharibə yarada bilər.
Muxalifət.az xəbər verir ki, bunu Obozrevatel TV-yə müsahibəsində ukraynalı siyasi ekspert Taras Jovtenko deyib.
“Rusiya siyasi imkanları gözləyəcək ki, ABŞ-la dialoqunda mövqelərini gücləndirsin. Bununla bərabər, Moskva Suriya və Ukraynadan çıxarılsa, o, Balkan kartından istifadə edəcək. Destabilizasiyanın başladılması üçün ən uğurlu an oktyabrdakı prezident və parlament seçkisi ola bilər.
Bosniyanın ərazisində Serb Respublikası mövcuddur. Onun mövcudluğu sübut edir ki, ölkə ərazisində qondarma respublika olanda, ondan ölkədəki situasiyanın destabilizasiyası üçün istifadə edirlər. Ukraynaya da bir zamanlar belə bir variant təklif edilirdi”, – deyə o bildirib.