Rusiyanın neft ixracından gəliri kəskin azalıb

2016-cı ilin yanvar-iyun aylarında Rusiyanın neft ixracından gələn gəliri 31,6 faiz azalaraq 32,9 milyard dollar təşkil edib.
Rusiya Federal Gömrük Xidmətinin verdiyi məlumata görə, ötən ilin anoloji dövründə bu rəqəm 48,1 milyard təşkil edib.
Bu ilin yanvar-iyun aylarında neft məhsullarının ixracından gələn gəlir isə 54 faiz azalaraq 21,1 milyard təşkil edib. Keçən ilin anoloji dövründə isə bu rəqəm 39 milyard dollar olmuşdu. Fiziki ixrac isə 13 faiz azalaraq 80,2 milyon ton təşkil edib.