Rusiyanın müdafiə naziri Ankaraya gəlir

Baxış sayı:
5194

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə gəlir.
 
 Verilən məlumata görə, Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə bu gün Ankaraya gələcək. Milli Müdafiə Nazirliyində hərbi təntənə ilə qarşılanacaq Şoyqu, Akar ilə görüşəcək.
Görüşdə, Soçidə keçiriləcək üçtərəfli sammit ərəfəsində Suriyadakı proseslərlə yanaşı, İdlib başda olmaqla, bölgədəki son vəziyyətin və sahədəki irəliləyişlərin müzakirə olunması gözlənilir.
Müxalifət.az