Rusiyanın milyardlıq borcunu SOCAR ödəyəcək? - ŞOK DETALLAR

Baxış sayı:
7936

SOCAR və Sberbank BM - Rusiyanın "SOKAR ENERGORESURS" şirkəti Antipinsk NEZ-in aksiyalarının 80%-ni alıb, beləliklə, ildə 9 mln. ton emal gücü olan bu zavod, habelə Orenburq vilayətində Antipinsk NEZ-in aktivlər qrupuna daxil olan yataqlar üzərində nəzarət əldə edib.

Muxalifet.az  xəbər verir ki, bu barədə ASTNA-ya SOCAR-dakı məlumatlı mənbə bildirib. Sövdələşmə məbləği hələlik açıqlanmır.

SOCAR obyektlərin institusional ekspertizasını və əməliyyat idarəetməsini həyata keçirəcək, amma öz investisiya proqramını müəyyən edilmiş korporativ prosedurlar çərçivəsində aktivlərin auditindən və əməliyyat fəaliyyətinin qiymətləndirilməsindən sonra dəqiqləşdirəcək.

BM NEZ-in fasiləsiz işini bərpa etməsində, RF daxili bazarına və ixrac üçün neft məhsulları tədarükünü davam etdirməsində, federal və regional büdcələrə stabil vergi daxilolmalarını təmin etməsində maraqlıdır.

SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun verdiyi məlumata görə, Antipinsk NEZ cəzbedici müəssisədir, belə ki, onun "maraqlı neft məhsullarını paylaşdırma sxemi formalaşıb və onun məshullarının çox sayda alıcısı var".

NEZ Avro-5 keyfiyyət standartlarına uyğun Ai-95, Ai-92 və Ai-80 markalı benzin, dizel yanacağı, neft koksu, maye karbohidrogen qaz istehsal edir.

Hasilat aktivlərinin - Orenburq vilayətindəki Moqutovsk neft yatağının, Qremyaçevsk və Vorontsovsk neft yataqlarının hissələrinin "SOKAR ENERGORESURS" BM-yə keçməsi müsbət məqamdır. Neft yataqlarının ehtiyatları C1+C2 kateqoriyalarında 45,5 mln. tondur, sənaye hasilatı başlamayıb, 2024-2025-ci illərdə illik 4 mln. ton hasil edilməsi planlaşdırılırdı.

Qeyd edək ki, mayın sonlarında Sberbank və SOCAR treydinq BM - "Sokar Energoresurs" MMC-ni yaradıblar. Bu birgə müəssisədə Kiprdə qeydiyyatda olan SocarRussiaİnvestmentsLtd-nin payı 60% təşkil edir, qalan hissə Sberbank-ın strukturuna - "Komplekt SBK" MMC-yə məxsusdur.

BM-nin baş direktoru SOCAR-ın Rusiyadakı əsas strukturuna - "Sokar Rus" MMC treyderə rəhbərlik edən Fərid Cəfərovdur. BM-nin nizamnamə kapitalı 10 min rubl təşkil edir.

2018-ci ilin aprelində fəaliyyəti dayandırılmış NEZ-in tezliklə istismara verilməsi məqsədilə BM dərhal sifarişçinin öz materialından istehsal iş sxemini işə salmaq istəyir, yəni neft sahibi NEZ-ə neft tədarük edir, onun emalı üçün xidmət haqqını zavoda ödəyir, sonra isə əldə edilmiş neft məhsullarını alır və özü satır. Belə neft tədarükçüləri arasında LUKOYL və "Surqutneftqaz" var.

ANTİPİNSK NEZ-in BORCLARI

NEZ-in borcları 5 mlrd. dolları aşa bilər, SOCAR prezidenti Rövnəq Abdullayev isə mayın 30-da jurnalistlərə bildirib ki, NEZ-lə bağlı sövdələşmə olarsa, Azərbaycan tərəfi zavodun borc öhdəliklərini öz üzərinə götürməyi planlaşdırmır.

Rusiya Sberbank iyunun 4-də bildirib ki, "zavodun borc yükü müştəri ilə münasibət qurarkən təxmin etdiyimizdən xeyli çoxdur".

Antipinsk NEZ-in Sberbank qarşısında rəsmi borcu təxminən 3 mlrd. dollar təşkil edir.

Antipinsk NEZ-in kreditorları arasında Sberbank-la yanaşı, NEZ-in iflası haqqında ərizə vermək niyyətini bəyan edən Absolyut Bank, həmçinin Promsvyazbank, İnterkombank, MKB və Kredit Evropa Bank da var.

Aprelin sonlarında Antipinsk NEZ-in 225 mln. dollar məbləğində aktivləri London Ali Məhkəməsinin Ticari Məhkəməsinin qərarı ilə dondurulmuşdu. Qərar Commodities Trading VTB-nin iddiası əsasında çıxarılmışdı. Treyder həmçinin Murmansk bölgəsinin Arbitraj Məhkəməsinə, Moskvanın Arbitraj Məhkəməsinə də müəssisənin pul vəsaitlərinə və aktivlərinə həbs qoyulması tələbi ilə iddialar göndərmişdi.

"Məlum olub ki, zavodun bir sıra zəmanətləri (xüsusən, 1 mlrd. dollarlıq), kredit sənədlərinə zidd olaraq, Sberbank-la razılaşdırılmayıb. Bankdan alınmış vəsaitlərin bir hissəsi təkcə vergi manevrindən dəyən ziyanların ödənilməsinə deyil, həm də "Novıy potok" ("Yeni axın") qrupunun banisi Dmitri Mazurovun həyat səviyyəsinin qorunub saxlanmasına xərclənib", deyə çərşənbə axşamı bir sıra Rusiya KİV-ləri yazıb.

Həmçinin, Sberbank-a zavodun hesabatında əksini tapmayan balansdan kənar öhdəlikləri haqqında məlumat daxil olub.

"SOKAR ENERGORESURS" BM-nin bu maliyyə problemlərini necə həll etmək niyyətində olduğu hələlik aydın deyil./“Yeni Sabah”