​"Rusiyanın Londondakı səfirliyinin köməyinə ehtiyac duymuram" – YULİYA SKRİPAL

Baxış sayı:
2713

Britaniyanın Solsberi şəhərində baş vermiş zəhərlənmədə zərər çəkən Yuliya Skripal Rusiyanın bu ölkədəki səfirliyinin yardımına ehtiyac duymadğını bildirib.
TASS xəbər verir ki, bu barədə Skotlend-Yardın Yuliyanın adından yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, Rusiyanın diplomatik nümayəndəliyinin ona köməyi təklif edilib. "Hazırda onların xidmətlərindən istifadə etmək istəmirəm, amma əgər fikrini dəyişsəm, mən onlarla əlaqə saxlamağı bilirəm", - deyə Yuliya Skripal bildirib.
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnikinin qızı həmçinin əmisi qızı Viktoriyaya onu baş çəkməməyi və əlaqə saxlamamağı xahiş edib.
Y.Skripal həmçinin bildirib ki, sinir iflicindən əziyyət çəkməkdə davam edir(report).