​Rusiyanın əlini qoyduğu yer xarabalığa çevrilir – PREZİDENT

Baxış sayı:
2050

Avropa Ukraynanı Rusiya ilə mübarizədə dəstəkləməlidir.
Muxalifət.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
“Öz ölkələrinizi Rusiya və onun işğal etdiyi bölgələrlə müqayisə edin. Rusiya Kalininqrad, Kuril adaları, Kareliyada nələr edib! “Rus dünyası” siyasəti əlini vurduğu hər şeyi xarabalığa çevirir. Rusiya bu şeylərin hamısını Krımda, Donbasda, Abxaziyada, Dnestryanıda və digər bölgələrdə edir. “Rus dünyası”nın doktrinasına əsasən, bütün Avropa Kalininqrad və ya işğal olunmuş Donetsk kimi görünməlidir. Biz hazırda Avropanın təhlükəsizliyi üçün əsas meydanıq”, – deyə o bildirib.