Rusiyanın “Kommersant” qəzeti İsrail planına işarə etdi

Baxış sayı:
4543

Rusiyanın, İsrailin bilərəkdən etdiyi hərəkətlərdən dolayı baş verən və 15 Rus əsgərinin ölümü ilə nəticələnən İl-20 hadisəsinə cavab olaraq Suriyaya S-300 hava müdafiə sistemi yerləşdirəcəyini bəyan edib. Rusiyanın müdafiə naziri Şoyqu S-300-lərin 2 həftə ərzində Suriyaya gətiriləcəyini deyib.
 
Bu açıqlamadan sonra İsrail və müttəfiqi ABŞ hərəkətə keçib. İsrailin baş naziri Netanyahu Rusiya prezidenti Putinə zəng edərək bunun arzuolunmaz olduğunu və vəziyyəti daha da gərginləşdirəcəyini deyib. ABŞ da öz növbəsində Rusiyanı hədələyərik S-300-lərin Suriyaya gətirilməsindən imtina etməsini tələb edib.
Bu arada Rusiyanın “Kommersant” qəzeti S-300-lərin Suriyaya gətirilməsi ilə bağlı bir yazı dərc edərək Kremlin İsrailə yönəlik əsl niyyətinə işarə edib. “Kommersant” qəzeti, Moskvanın Suriyaya S-300 raket sistemlərini gətirməsinin hava məkanının İsrail təyyarələrinə bağlanmasına yardımçı olacağını vurğulayıb.
“Kommersant” qəzetinə danışan Rus jurnalist Aleksandr Qolts, S-300-lərin 1960-cı illərin sonunda istehsal olunan və hazırda Suriyada fəal olan S-200 sistemlərindən mənzil və hündürlüklər yanaşı, müasir uçan vasitələrin müəyyən olunması baxımından da öndə olduğunu ifadə edib.
Müxalifət.az